Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində ədliyyə və məhkəmə sahəsində aparılan islahatlarla tanış olub, göstərilən elektron xidmətlər, qeydiyyat və notariat fəaliyyəti, nazirliyin informasiya resursları ilə maraqlanıb, faydalı təcrübə mübadiləsi aparılıb.
Eyni zamanda, latviyalı qonaqlar bölgələrə səfər edərək Quba Rayon Məhkəməsinin müasir binası və informasiya texnologiyalarının tətbiqi ilə tanış olublar.
Nümayəndə heyəti, həmçinin Quba Soyqırımı Memorial Kompleksinə gələrək 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Bildirilib ki, 100 il bundan öncə 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yandırılaraq yerlə-yeksan edilib.
Soyqırımı aktlarına dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi-hüquqi qiymət verilib, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalanaraq erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu mənada Quba Soyqırımı Memorial Kompleksi ermənilərin təcavüzkar siyasətinin və soyqırımı hadisələrinin ifşa olunmasına, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Vurğulanıb ki, bolşevik-daşnak birləşmələrinin törətdikləri Azərbaycanı işğal etmək məqsədi güdən dəhşətli hadisələrin qarşısı 1918-ci ilin sentyabrın 15-də qardaş Türkiyənin hərbi yardımı sayəsində alınaraq Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakını işğaldan azad etməklə ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu tarixi hadisənin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm parad həmin tarixi həqiqətlərin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayır.
Qonaqlar Kompleksdə ermənilər tərəfindən törədilmiş bu kütləvi qətliama dair tarixi faktları əks etdirən ekspozisiyalara baxıblar. Latviyanın ədliyyə naziri azərbaycanlılara qarşı soyqırımı hadisələrindən çox təsirləndiyini vurğulayıb, faciə ilə bağlı həqiqətlərin dünyada geniş yayılmasının əhəmiyyətini qeyd edib. Nazir D.Rasnaçs faciə qurbanlarının əziz xatirəsinə ehtiramını bildirib.



Ədliyyə naziri Qubada vətəndaşları qəbul edib
Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Azərbaycan və Latviya arasında hüquqi əlaqələr inkişaf edir
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
Azərbaycan və Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
Vətəndaşların NƏZƏRİNƏ
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş
Xaçatryanın növbəti məhkəməsi keçirilir
Ədliyyə Nazirliyində “açıq qapı” günü keçirildi
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
FHN 31 mart soyqırımı ilə bağlı tədbirlər keçirir
Notariat sahəsində islahatlara beynəlxalq maraq artır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 