Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı, Sumqayıt, Qarabağ, Cənub və Şimal-qərb regional mərkəzlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib. Nazirlikdən ONN media -ya bildirilib ki, tədbirlərdə regional mərkəzlərin kollektivi ilə yanaşı, nazirliyin həmin bölgələrdə fəaliyyət göstərən digər qurumlarının əməkdaşları da iştirak ediblər. Tədbirlər soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxışlarda bildirilib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhaliyə kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub.
FHN 31 mart soyqırımı ilə bağlı tədbirlər keçirir



Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
31 mart Azərbaycanlıların SOYQIRIMI GÜNÜDÜR
Mehriban Əliyevadan Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi keçirildi
Türkiyə Müdafiə Nazirliyindən Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi
"...31 MART ANIM GÜNÜ YADDAŞLARDAN SİLİNDİ" - TARİXÇİ ALİM
Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib
Ermənistan cəzasız qalmamalıdır! - Bayramov
Sabah Milli Məclisin xüsusi iclası keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 