ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib.
Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum edilməmiş, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (oğlanlar) iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Bakı Metropolitenində polis şöbəsinə (012) 490-02-36 nömrəli telefonlara müraciət edə bilərlər.



Nazirlik mülki işçilər axtarır
DİN işçi axtarır
Nəqliyyatda Baş Polis İdarəsinə xidmətə mülki işçi tələb edilir
Şuşada işləmək istəyənlərin DİQQƏTİNƏ
Polis olmaq istəyənlərə ŞAD XƏBƏR
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ!
Vilayət Eyvazov yeni polislər seçəcək - İlk dəfə
DİQQƏT- Vakansiya var
İş axtaranların nəzərinə - VAKANSİYA VAR
Xidmətə qəbulla əlaqədar müsabiqə
DİN bu vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir
Daxili İşlər Nazirliyi müsabiqə elan edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 