Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İmişli rayon “ASAN Xidmət” mərkəzində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 3 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən ONN media -ya verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, ali və ya orta-ixtisas təhsilli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə İmişli şəhərində və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın, 170 santimetrdən yuxarı olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişi vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160 ünvanında yerləşən DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
* əmək kitabçası (olanlar üçün).
* hərbi bilet (kişilər üçün).
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 570-70-80



Şuşada işləmək istəyənlərin DİQQƏTİNƏ
Xidmətə qəbulla əlaqədar müsabiqə
Polis olmaq istəyənlərə ŞAD XƏBƏR
Vilayət Eyvazov yeni polislər seçəcək - İlk dəfə
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ!
Daxili İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ!
İş axtaranlırın nəzərinə!
Nazirlik mülki işçilər axtarır
DİQQƏT- Vakansiya var
DİN işçi axtarır
DİN bu vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir
Daxili İşlər Nazirliyi vakansiya elan etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 