“Bu gün Azərbaycanda bir dənə də olsun valyuta dəyişmə məntəqəsi yoxdur. Axı, niyə? Biz valyuta dəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik”.
ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu deputat Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, banklar şənbə və bazar günləri işləmir: “Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyuta dəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkir. Niyə görə bir dənə də valyuta dəyişmə məntəqəsi yoxdur?”
R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib. “Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər olmasa, bununla bağlı açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.
Deputat Vahid Əhmədov da bunun ciddi bir problem olduğunu və insanlarda narazılıq yaratdığını bildirib. O, qeyd edib ki, bu məsələ artıq həllini tapmalıdır, bəhanələrə son qoyulmalıdır”.



Azərbaycanda devalvasiya gözlənilirmi?-AÇIQLAMA
Valyuta mübadiləsi məntəqəsi açmaq istəyənlərin nəzərinə – Yeni qaydalar
Banklar şənbə və bazar günləri də işləyəcək
Azərbaycanda dollara tələbat niyə artıb?
Bayram günlərində banklar işləyəcək?
Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?
BNA deputatı böyük məbləğdə CƏRİMƏ ETDİ
Azərbaycan bankları bayram günlərində işləyəcək
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?
DİQQƏT:Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz
Bayramda “Azərpoçt” və bu banklar işləyəcək
Azərbaycanda banklar gücləndirilmiş iş rejiminə keçir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 