"Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur".
ONN media xəbər verir ki, bunu bu gün Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr edilməsinə konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib.
"Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbatlarını qarşılamamaq kimi problemləri yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirir. Bu sadəcə psixoloji amildir. Bizim apardığımı təhlil göstərir ki, burada alışı həyata keçirən daha çox əhali qrupudur. Bizim apardığımız hesablamalara görə son 1 həftə ərzində ortalama valyuta alışı adambaşına 800-1300 dollar olub. Bu onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb. Azərbaycanda bunun üçün heç bir makroiqtisadi əsas yoxdur", - deyə İ.Alışov vurğulayıb.



Elman Rüstəmov dolların bahalaşmasından danışdı
Devalvasiya olacaqmı? – Proqnoz
"Mərkəzi Bankın devalvasiya qorxusu var" - AÇIQLAMA
Banklar şənbə və bazar günləri də işləyəcək
Mərkəzi Bankdan TƏCİLİ AÇIQLAMA
Baş bankirdən valyuta ilə bağlı AÇIQLAMA
Manat UCUZLAŞACAQ? - Mərkəzi Bankdan VACİB AÇIQLAMA
Azərbaycanda banklar gücləndirilmiş iş rejiminə keçir
Elman Rüstəmov: "Valyuta bazarında vəziyyət..."
Azərbycanın bu bankı özəlləşdirilir
Prezident tapşırıq verdi: banklar hərəkətə keçdi
“Bakıda turistlər əziyyət çəkir”- Rüfət Quliyev
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 