Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan ONN media -ya bildiriblər ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda qeyd olunmuş əraziyə sentyabrın 27-də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 26 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 395 kvadratmetr əraziyə yeraltı baxış keçirilib.
İyirmi beş gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1054 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 avtomatı aşkar olunub, 176 min 900 kvadratmetr əraziyə yerüstü və 20 min kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.



Biləsuvarda 77 ədəd partlamamış hərbi sursat aşkarlandı
Göygöldə top mərmisi tapılıb
149 partlamamış hərbi sursat tapıldı
Dondar Quşçu kəndində partlamamış top mərmisi aşkar edildi
Tərtərdə top mərmisi aşkarlandı
Bərdədə top mərmisi tapıldı
Goranboyda top mərmisi aşkarlanıb
Goranboyda raket tapılıb
Goranboyda mina tapılıb
Mingəçevirdə top mərmisi aşkarlandı
Şəmkirdə təhlükəli tapıntı aşkar edildi
Xızıda dəmiryol xətti kənarında hərbi sursat tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 