Şəmkir rayonunda 149 partlamamış hərbi sursat tapılıb.
Bu barədə ONN media -ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, noyabrın 7-də saat 12:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 381 km-nə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 149 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əl qumbarası, 147 ədəd 7.62 mm-lik patron), 2 ədəd boş F-1 əl qumbarası və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. (report)



Göygöldə top mərmisi tapılıb
Şəmkirdə təhlükəli tapıntı aşkar edildi
26 ədəd partlamamış hərbi sursat aşkarlandı
Biləsuvarda 77 ədəd partlamamış hərbi sursat aşkarlandı
Bərdədə top mərmisi tapıldı
Goranboyda raket tapılıb
Goranboyda top mərmisi aşkarlanıb
Goranboyda mina tapılıb
Dondar Quşçu kəndində partlamamış top mərmisi aşkar edildi
Qazaxda top mərmisi tapıldı
Gəncədə təhlükəli tapıntı aşkar edildi
Tərtərdə top mərmisi aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 