Azərbaycan Respublikasının BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qəbul etdiyi qətnamənin lehinə səs verməsi çox düzgün addımdır.
ONN media -nın xəbərinə görə, Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının da lehinə səs verdiyi qətnamə layihəsinin qəbul olunması ilə ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarı alt-üst olub:
“128 ölkə, o cümlədən ABŞ-ın müttəfiqi olan Avropa ölkələri bu qətnamə layihəsinin lehinə səs veriblər. Baş verən hadisələr bütövlükdə ABŞ və İsrail üçün ciddi xəbərdarlıqdır. Beynəlxalq hüququn, BMT qətnamələrinin nəzərə alınmamasının nələrə gətrib çıxarıla biləciyini əyani surətdə təsdiq edir. Azərbaycan haqlı olaraq bu qətnamənin lehinə səs verdi. Çünki ölkə prezidentinin də söylədiyi kimi, Azərbaycan daim islam həmrəyliyinə sadiq olub və bundan sonra da sadiq olaraq qalacaq”.
Q.Hüseynli qeyd edib ki, bir neçə il bundan öncə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdi:
“Bu amil Azərbaycan paytaxtının şöhrətlənməsində, dünya miqyasında tanınmasında kifayət qədər əhəmiyyətə malik oldu. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana təcavüzünü tanıyan beynəlxalq təşkilatlardan birincisidir. Təşkilat Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələləri öz sammitlərində daim diqqət mərkəzində saxlayır. Bundan başqa İslam İnkişaf Bankı Azərbaycana kredit ayıran ilk beynəlxalq maliyyə qurumudur. Bütün bunlar göstərir ki, Azərbaycanla islam ölkələri, eləcə də islam təşkilatları arasında çox gözəl münasibətlər var. Azərbaycan bir islam ölkəsi kimi islam dəyərlərinə təbii ki, hörmətlə yanaşır. Rəsmi Bakı həm bu dəyərlərin, həmçinin beynəlxalq hüququn normalarının qorunmasına, BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyi işinə öz töhfəsini verməyə çalışır. Azərbaycan Respublikası BMT Baş Assambleyasında keçirilən səsvermə ilə bu işə öz töhfəsini verdi. Bundan başqa bu səsvermə ilə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyü bir daha təsdiqləndi”.
Qeyd edək ki, Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz. Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Baxmayaraq ki, bir çox islam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayıb və daha aşağı səviyyədə təmsil olunublar. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfərin bariz nümunəsidir.



Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi- FOTO
Azərbaycanın Qüdslə bağlı mövqeyi müstəqil xarici siyasətin ifadəsidir- ELMAN NƏSİROV
BMT-də İrana qarşı daha bir qətnamə təsdiq edildi
Azərbaycan BMT-də Gürcüstanı növbəti dəfə dəstəkləyib
Fələstin səfiri BMT-nin Qüds qətnaməsindən danışdı
BMT Trampın Qüds qərarını ləğv etdi - ABŞ şokda
BMT İsrailə qarşı qətnamə qəbul edib
Qvatemala İsraildəki səfirliyini Qüdsə köçürür
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
“Qüdslə bağlı qərarı dəyişmək üçün əlimizdən gələni edəcəyik”- ƏRDOĞAN
BMT TŞ Venesueladakı vəziyyətin müzakirəyə çıxarılmasının lehinə səs verdi
Sabah Qüdsə görə bütün müsəlman dövlətləri bir araya gəlir - İstanbul zirvəsi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 