Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan dövlətdir və bu nöqteyi-nəzərdən Qüds məsələsində də eyni yanaşma tərzini ortaya qoyur.
ONN media xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, yaranmış böhranla bağlı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev qəti və konkret mövqeyini ortaya qoydu: “Prezident İlham Əliyev vurğuladı ki, “Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması qərarı Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər”. Azərbaycan Prezidentinin həmin siyasəti, tutduğu xətt BMT Baş Assambleyasında da səsvermə zamanı nümayiş etdirildi, Azərbaycan dövləti bu məsələdə öz mövqeyini ifadə etdi. Azərbaycanın bu mövqeyi dövlətimizin beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hörmət siyasətindən qaynaqlanan addımdır”.
Deputat vurğulayıb ki, bu mövqe Azərbaycanın müstəqil siyasətinin bir ifadəsidir: “Bu heç bir halda ABŞ-ın və İsrailin əleyinə yönəlməyib, çünki hər iki dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var, biz ona sadiqik, lakin bizim müttəfiqlik və tərəfdaşlıq münasibətlərimizin kökündə dayanan da beynəlxalq norma və prinsiplərə hörmətdir. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycanın müstəqil xarici siyasətinin birbaşa ifadəsi və növbəti dəfə təsdiqidir”.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib.
Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.



Ərdoğan İlham Əliyevi Qüdslə bağlı fövqəladə toplantıya dəvət etdi
Qüds: Bakının müstəqil siyasəti bir daha təsdiqləndi – Şərh
Prezident İlham Əliyev: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”
Çindən Qüds Zirvəsinə dəstək gəldi
Deputat: "Bu sadəcə arxadan vurulan zərbədir"
Qarabağla bağlı mitinq heç nəyi həll etmir - Deputat
Prezident Litzenberqerin etimadnaməsini qəbul etdi
Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın roluna xüsusi ümidlər bəsləyirik - Nazir
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
Prezident Şahbaz Şəriflə görüşdü
Sabah Qüdsə görə bütün müsəlman dövlətləri bir araya gəlir - İstanbul zirvəsi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 