Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, ölkə başçısının tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul etdi.
Nazir qəbuldan əvvəl Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu.
Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi.
Mingəçevirdən qəbula yazılan sakinlər şəhərdəki Mərkəzi kitabxanaya tibb, iqtisadiyyat, tarix, turizm və dilçiliyə aid yeni ədəbiyyatların verilməsi, şəhər Mədəniyyət mərkəzinin Xalq yaradıcılığı filialına yenidən Xan Şuşinskinin adının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.
Yevlax sakinlərinin müraciətləri gənc mədəniyyət işçilərinin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsabiqələrin (brain-rinq) keçirilməsi, televiziyalarda regionların mədəni həyatının geniş şəkildə işıqlandırılmasına köməklik göstərilməsi, Xalq teatrının aktyorlarının peşəkarlığının artırılması üçün ustad dərslərinin təşkili barədə idi.
Bərdədən qəbula gələn vətəndaşlar tərəfindən küçə rəssamlıq sənətinin inkişafına dəstək verilməsi, Döyüş şöhrəti muzeyinin yaradılması, görkəmli yazıçı Mir Cəlalın 110 illiyinə həsr olunmuş respublika üzrə gənc yazıçılar arasında müsabiqə keçirilməsinə köməklik edilməsi, işlə təmin olunma barədə müraciətlər oldu.
Ağcabədi sakinləri şəhər Uşaq musiqi məktəbinə görkəmli xanəndə Zülfü Adıgözəlovun adının verilməsi, Mərkəzləşdirilmiş kitabxana sistemi üçün inzibati binanın tikilməsi, rayondakı Rəsm qalereyasına yeni əsərlərin verilməsini xahiş etdilər.
Tərtər sakinləri qeyri-maddi irsimizin geniş şəkildə təbliğ edilməsi məqsədilə regionlararası festivalların təşkil olunması, regionların özünəməxsusluğunu əks etdirən məlumatlardan ibarət kitabların nəşr edilməsi və digər məsələlərlə bağlı nazirə müraciət etdilər.
Ağdam və Laçından qəbula gələnlərin müraciətləri ləğv olunmuş klub müəssisələrində olan ştat vahidlərinin rayon Mədəniyyət mərkəzinə verilməsi, eləcə də Mədəniyyət mərkəzi və onun filiallarının müvafiq əyani vəsaitlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin portretləri ilə təmin olunması və digər məsələlər barədə idi.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.



Nazir Bakı şəhərində vətəndaşları qəbul etdi
Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşüb
Mingəçevir sakinlərinin DİQQƏTİNƏ
Mədəniyyət naziri Xızıda vətəndaşlarla görüşüb
Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul edib
Naziri Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək
Nazir vətəndaşları qəbul etdi
Mədəniyyət naziri Gəncə şəhərində olub
Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
Təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 