Qazaxıstan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Janat Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun dəvəti ilə ölkəmizə səfərə gəlib.
DİN Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata əsasən, oktyabrın 19-da nazirin birinci müavini Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi heyəti qəbul edib.
Qonaqları salamlayan V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya, eləcə də daxili işlər nazirləri - Ramil Usubov ilə Kalmuxanbet Qasumovun dostluq və işgüzar münasibətlərinə uyğun olaraq Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib.
O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı qonaqlara müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçiriliən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlərdən danışılıb, mövcud problemlərdən söz açılıb.
Polis general-mayoru Janat Süleymanov səmimi qəbula, yüksək qonaqpərvərliyə və əhatəli məlumata görə təşəkkürünü bildirib, Azərbaycan vətəndaşları ilə bərabər respublikamızda əcnəbilərin də təhlükəsiz yaşayıb-işləmələri üçün yaradılan şəraitdən məmnunluğunu, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Qazaxıstan Respublikası DİN-in nümayəndə heyəti Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qəbulunda olub.
İki gün davam edəcək səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinin, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin fəaliyyəti ilə yaxından tanış olacaqlar.



Daxili işlər nazirinin 1-ci müavini kim olacaq?
İlham Əliyev Seyfulla Əzimovla bağlı SƏRƏNCAM İMZALADI
Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
Yeni Daxili işlər naziri Vilayət Eyvazov kimdir?
Vilayət Eyvazov şöbə müdirini rəis müavini təyin etdi
Eyvazov türkiyəli generalla görüşdü
Vilayət Eyvazov Qırğızıstana gedir
Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin etdi
Eyvazov generalı vəzifəsindən azad etdi
Vilayət Eyvazovdan daha bir təyinat
Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 