ONN media dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - maliyyə və ya əmlak məsələlərinin müzakirəsi, çözülməsi üçün əlverişli gündür. Sizi aldatmaq çətin olacaq. Aldığınız istənilən informasiyanı, xəbəri, məlumatı yoxlamaq istəyirsiniz və düz də edirisiniz.
Görüşlər, o cümlədən planlaşdırılmamış təmaslar mümkündür. Cəmiyyətdə və ya çalışdığınız sahədə yüksək mövqe tutan insanla bir araya gələ bilərsiniz.
Buğa - bu gün kiminləsə mübarizə aparmaq istəyirsiniz, amma yaxınlıqda özünüzə tay rəqib görmürsünüz. İnadkarlıq edərək belə potensial rəqib axtarışlarına yollanmayın. Yaradıcı, qurucu əməklə məşğul olun.
Bu gün yeni nə isə öyrənmək, əvvəl başlanmış işləri başa vurmaq şanslarınız çoxdur.
Əkizlər - Parlaq təəssüratlar və maraqlı hadisələr arzulasanız da, ehtiyatlı davranın, düşünülməmiş addımlar atmayın. Əks təqdirdə ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Planlaşdırılmamış xərclər də istisna deyil.
Xərçəng - yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın. Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.
Şir - bu gün pula ehtiyacınız artacaq. Pul qıtlığı və maliyyə çatışmazlığı əhvalınızı əməllicə korlaya bilər. Alış-verişdə ən zəruri ehtiyaclarınızın ödənilməsi ilə kifayətlənin.
Torpaq, daşınmaz əmlak və s. ilə bağlı əməliyyatları təxirə salın.
Qız - çətinliklərlə üzləşəndə yardımınıza gələ biləcək insan olmalıdır.
Bu gün maraqlı insanlarla görüşlər, qeyri-adi münasibətlərin başlanması mümkündür.
Şəxsi həyatınızla bağlı perspektiv planlar yarana bilər.
Tərəzi - bu gün düşünülməmiş hərəkətlər edə bilərsiniz. Tamah qurbanı olmayın.
Ünsiyyətə tələbat hiss edəcək, yeni tanışlıqlara can atacaqsınız.
Belə tanışlıqlara ciddi yanaşmayın. Unutmayın ki, yaxın ətrafınız bu gün əhavalınıza önəmli təsir imkanlarına malikdir. Yanında özünüzü narahat hiss etdiyiniz insanlardan uzaq durun.
Əqrəb - bu gün ciddi olduğunuzdan mühüm və məsuliyyətli işlərlə məşğul ola bilərsiniz. İstirahətə, qüvvələrinizin bərpasına vaxt tapa bilməyəcəksiniz. Yaşlı, təcrübəli insanlarla ünsiyyət xeyirdir. Onların bilik və təcrübələrindən yararlana bilərsiniz.
Oxatan - imkanlarınız hüdudsuz olmasa da, bu gün zəifliyinizi etiraf etmək istəməyəcəksiniz. Məqsədinizə çatmaq üçün dəfələrlə cəhd göstərəcəksiniz. Hər halda gün maraqlı keçəcək. Əyləncələr, qəfil alış-verişlə bağlı planlaşdırılmamış xərclər mümkündür.
Oğlaq - valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür. Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar. Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.
Dolça - sizdən mütləq şəkildə nəyisə gizlədən insanlarla təmaslar istisna deyil. Onları ifşa etməyə çalışsanız da, səyləriniz nəticə verməyəcək. Romantik münasibətlərinizin yarana biləcəyi insanla tanışlıq üfüqdə görünür.
Balıqlar - sizə maraqlı olan insanda xoş təəssürat yaratmaq, yaxın ətrafınızın rəğbətini qazanmaq üçün əlverişli gündür. Maraqlı saatlar arzulayırsınız. Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar. Təriflər də istisna deyil.(milli.az)



Günün qoroskopu: Gəlirlər, dəyərli hədiyyələr istisna deyil
Günün qoroskopu: emosiyalarınıza hakim olun
Günün qoroskopu: Planlarınızı həyata keçirə bilərsiniz
Günün qoroskopu: Xoş ünsiyyət və yaxşı tanışlıqlar istisna deyil
Günün qoroskopu: təmaslarınızda diqqətli olun
Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz
Günün qoroskopu: Yanınızda təcrübəli insan olarsa pis deyil
Günün qoroskopu: çətin problemlərin həlli üçün əlverişli zamandır
Günün qoroskopu: Uğur əldə etmək üçün çalışmaq lazımdır
Günün qoroskopu: Yeni tanışlıqlar olacaq
Günün qoroskopu: qəfil təklif və dəvətlərin alınması istisna deyil
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 