Oktyabrın 25-nə keçən gecə saat 00:10 radələrində Bakı metrosunun “Avtovağzal” stansiyasında xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir nəfər portmanatını itirdiyini bildirib.
DİN Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, polis məntəqəsinə dəvət olunan həmin şəxsin Rusiyadan ölkəmizə turist kimi gəlmiş Nikita Runkovski olduğu məlum olub. Paytaxtdakı hostellərin birində qaldığını deyən turist Şəkidən gələrkən portmanatını taksidə unutduğunu, gecələmək üçün pulu olmadığından ümid yeri kimi polisə müraciət etdiyini bildirib.
Polis əməkdaşları müəyyən məlumatları dəqiqləşdirdikdən sonra Nikitanı hostelə yerləşdiriblər və dərhal portmanatın tapılması üçün əməliyyat tədbirlərinə başlayıblar.
Bakı Beynəlxalq Avtovağzalına yollanan əməkdaşlar qısa vaxtda turistin gəldiyi taksini müəyyənləşdiriblər. Sürücü həqiqətən də portmanatın avtomobildə qaldığını deyib və onu polislərə təqdim edib.
Səhər tezdən Metropolitendə Polis Şöbəsinin rəhbərliyi Nikita Runkovski ilə əlaqə saxlayıb bu barədə məlumat verəndə o, həm sevinib, həm də təəccüblənib.
Rusiyalı turist belə operativliyə və peşəkarlığa görə, xüsusən də nəzakətli davranışa və xoş münasibətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.



Formula 1-ə gələn hər turist orta hesabla 3000 dollar pul xərcləyir
Polisdən örnək addım
Ermənistan polisi qadına qarşı elə birşey etdi ki...- BİYABIRÇILIQ
Əcnəbi turist Zaqatala dağlarında itkin düşüb
Cibgirlik edən qadın tutuldu
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Zaqatalada turist itib- TAPANA 25 MİN VERİLƏCƏK
Metroda dəhşət- Azyaşlı qıza...
Bakıda film kimi hadisə - Patrul avtomobilini vurdu, polisə xəsarət yetirdi
Metroda cinayət törətdi və...
İctimai nəqliyyatı özünə " iş yeri" seçən şəxs saxlanılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 