Azərbaycan Respublikası demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayılır. 2006–2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olmuşdur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir.
ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, Azərbaycanda əhalinin sayı 2018-ci ilin 1 yanvar tarixinə 9898,1 min nəfər olub. Ölkə əhalisinin 52,9 faizi şəhərlərdə, 47,1 faizi isə kəndlərdə yaşayır, əhalinin 50,1 faizini qadınlar təşkil edir. BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaqdır.
Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunmuşdur ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcəkdir. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.
2017-ci ildə 15–64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olmuşdur. Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir.
Əmək bazarına daxil olan 15–24 yaş arasında şəxslərin sayında azalma meyilinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15–24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olmuşdursa, 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır.



Ölkə əhalisinin sayı açıqlandı
Azərbaycanda əhalinin təbii artımı azalıb
Azərbaycan əhalisinin sayı nə qədər artıb?
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda əhalinin sayı ARTIB
Azərbaycanda əhalinin sayı açıqlandı
Azərbaycanda ölüm səviyyəsi nə qədər azalıb?
Dünya əhalisinin sayı nə qədərdir?
Аzərbaycan əhalisinin sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 