Azərbaycanda işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək nəzərdə tutulur.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda öz əksini tapıb.
2017-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5 faiz; qadınlar arasında – 5,9 faiz; 15-24 yaşlı gənclər arasında –12,9 faiz; 15-29 yaşlı gənclər arasında isə 9,2 faiz təşkil edib.
Bundan başqa, Azərbaycanda iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulur.
2017-ci ildə qeyri-kənd təsərrüfatı sahəsində muzdla işləyənlərin nisbəti 48,1 faiz olub.
Əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək (2017-ci ildə 23 faiz), 2025-ci ilədək bütün əhali qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq planlaşdırılır.
2017-ci ildə minimum əməkhaqqının muzdla çalışan işçilərin orta aylıq əməkhaqqına nisbəti 22 faiz, minimum əməkhaqqının yaşayış minimumuna nisbəti isə 75 faiz təşkil edib.
Bundan başqa, 2030-cu ilədək dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işədüzəlmə səviyyəsi 70 faizə çatdırılacaq. Həmçinin regional peşə tədrisi mərkəzlərinin sayı 10-a çatdırılacaq.



Əhalinin sayı bu ildə 10 milyonu ötəcək
Orta aylıq əmək haqqı 25 faizdən çox artacaq
Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
Azərbaycanda gənclərin sayı açıqlanıb
Quql Azərbaycanda populyarlığını qoruyur
Azərbaycandakı narkomanların sayı AÇIQLANDI
İşsizlik səviyyəsini 5%-ə qədər azaltmışıq - İlham Əliyev
Ötən il Azərbaycandan Türkiyəyə nə qədər turist səfər edib?
"Chrome"un Azərbaycanın internet bazarında payı azalıb
Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı
Azərbaycanda orta aylıq nominal əməkhaqqı artdı
Qadın və kişilərin koronaya yoluxma nisbəti dəyişdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 