300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notarial qaydada qəbul olunaraq ödəniş aparılması üçün nazirliyə göndərilib.
ONN media xəbər verir ki, bu barədə "Ölkə.Az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, prezidentin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi üçün notariat kontorlarında sənədlərin qəbulu prosesi davam edir.
Qeyd olunub ki, vərəsələr 2018-ci ilin 9 oktyabr tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (https://azvision.az/redirect.php?url=http://www.mlspp.gov.az) fəaliyyət göstərən “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, sorğu-axtarış edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrindən artıq 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.
Dövlət başçısının qeyd olunan fərmanının icrası olaraq, birdəfəlik ödəmənin çevik, şəffaf və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə verilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanmış qaydalara əsasən, həmin ödəmənin alınması üçün sənədlərin “bir pəncərə” prinsipi əsasında, yəni yalnız notariat orqanları tərəfindən qəbul edilməsi həyata keçirilir.
İndiyədək artıq 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notariat kontorlarında qəbul olunaraq birdəfəlik ödənişin həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada göndərilib. İlin sonuna qədər nazirlik tərəfindən həmin ödəmələrin vətəndaşların təqdim etdikləri bank hesablarına köçürülməsinə başlanacaq.
Bununla yanaşı, şəhid hərbi qulluqçuların vərəsələrindən əvvəllər sığorta ödənişi edilmiş bir qismi bu ödənişi almadıqları iddiası ilə Nazirliyə və digər dövlət orqanlarına müraciət edib. Həmin şəxslər – ümumilikdə 117 şəhid hərbi qulluqçunun vərəsələri nazirlikdə qəbul olunaraq, şikayətləri qeydə alınıb. Müvafiq araşdırma aparılmaqla, onlardan artıq 70 şəhid hərbi qulluqçunun vərəsəsinin sığorta ödənişini aldığını təsdiq edən sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən əldə edilərək şikayətçilərə təqdim olunub. Digər 47 şəhid hərbi qulluqçunun vərəsələrinin şikayətlərinin araşdırılması davam edir.



Şəhid vərəsələri ilə bağlı qərar qəbul edildi
Şəhid ailələri hüquqlarından yararlanmağa başlayıb
Daha 661 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Bayramadək 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək
Şəhid ailələrinin DİQQƏTİNƏ
161 şəhid ailəsinə birdəfəlik maddi yardım ediləcək
Şəhid ailələrinə şad xəbər
Şəhid ailələrinə ŞAD XƏBƏR
3413 vərəsəyə birdəfəlik ödəmə veriləcək
Şəhid ailələrinə şad xəbər
Daha 19,6 min şəxsə 190 manat verilmədi — RƏSMİ
Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə necə ödəniləcək?
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 