Şəhid hərbi qulluqçuların 85 faizinin vərəsələri bu günədək birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb
ONN media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb.
Bununla əlaqədar aidiyyatı qurumlardan alınmış siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) "Birdəfəlik ödəmə" bölməsi işə salınıb. Bölmədə vətəndaşlar tərəfindən şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilərək, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.
Bugünədək şəhid hərbi qulluqçuların birdəfəlik ödəməni almaq hüququ olan vərəsələrinin 85 faizi, sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların vərəsələrinin 77 faizi, o cümlədən şəhid hərbi quluqçuların sığorta ödənişi edilmiş vərəsələrinin 79 faizi sayt vasitəsilə axtarış apararaq müvafiq məlumat əldə ediblər.
Hazırda saytda yerləşdirilmiş "Birdəfəlik ödəmə" bölməsi vasitəsilə sorğuların real vaxt rejimində cavablandırılması prosesi davam edir.



Bayramadək 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək
Şəhid vərəsələri ilə bağlı qərar qəbul edildi
Şəhid ailələrinin sənədləri nazirliyə göndərildi
Daha 661 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Şəhid ailələrinə ŞAD XƏBƏR
Şəhid ailələrinə şad xəbər
3413 vərəsəyə birdəfəlik ödəmə veriləcək
Şəhid ailələrinə şad xəbər
161 şəhid ailəsinə birdəfəlik maddi yardım ediləcək
Şəhid ailələrinə ŞAD XƏBƏR
Şəhid ailələrinin DİQQƏTİNƏ
Şəhid hərbi qulluqçuların vərəsələrinə ödənişlərin verilməsinə başlanılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 