ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və qurumun fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə okyabrın 29-dan noyabrın 2-dək Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.
ONN media report -a istinadən xəbər verir ki, səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olduğu göstərilir.
Onlar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla görüşlər keçirib, Ağdam rayonu ərazisində, Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttindəki növbəti monitorinqdə iştirak edib, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Cəmiyyəti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nümayəndələri ilə vəziyyəti müzakirə ediblər. Həmsədrlərlə görüşlər zamanı hər iki ölkənin liderləri təmas xəttindəki vəziyyətin xeyli səngidiyini təsdiqləyiblər.
Həmçinin Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin ilin sonunadək görüş keçirmək barədə razılığa gəldikləri də qeyd olunur. Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasına səfərin yekunları barədə məruzə edəcəklər.



Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
İrəvandan QARABAĞ AÇIQLAMASI: Razılıq əldə etdik
Həmsədrlər işğal altında olan Dağlıq Qarabağa səfər etdilər
Bayramov həmsədrlərlə Qarabağ bəyanatını MÜZAKİRƏ ETDİ
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
SON DƏQİQƏ: Məmmədyarovla Mnatsakanyan arasında onlayn görüş keçirilir
3 ölkədən QARABAĞ BƏYANATI
İrəvanda Qarabağ münaqişəsi ilə bağlı görüş
Minsk Qrupunun Rusiyadan olan həmsədri DƏYİŞDİRİLDİ
Məmmədyarovla Mnatsakanyan görüşdü
Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 