Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir.
ONN media xəbər verir ki, bunu Trend-ə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
D.Dövlətxanovun sözlərinə görə, həmin şəhərlərin sovet vaxtı hazırlanmış baş planları 90 faiz yenilənib və bu proses 2019-cu ildə başa çatacaq:
“Biz hazırda yerli təşkilatlarla müqavilələr imzalamışıq. Onlar respublikanın 6 şəhəri üzrə sənədlərin hazırlanmasına başlayıb. Bu şəhərlər Saatlı, Sabirabad, Kürdəmir, Daşkəsən, Şabran və Tərtərdir”.
Sədr müavini qeyd edib ki, hazırki sosial-iqtisadi vəziyyətdə dövlət ölkənin kiçik və orta şəhərlərində obyektlərin tikintisini qismən maliyyələşdirir:
“Dövlət investisiyaları sosial-mədəni sahəyə, tibb, təhsil, mədəniyyət və idman obyektlərinin tikintisinə yönəldir. Mənzil və digər obyektlərin tikintisinə özəl sektor investisiya qoyur. Bununla da dövlət özəl sektorun inkişafı üçün imkanlar yaradır”.
D.Dövlətxanov onu da əlavə edib ki, kiçik və orta şəhərlərin dinamik inkişafı da Bakı və digər iri şəhərlərin inkişafı kimi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.



"Sovetski" ilə bağlı ŞAD XƏBƏR
Tikinti icazələri ilə bağlı yenilik
Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanıldı
Böyük qayıdış üzrə İşçi Qrup yaradıldı
Sadıqovla bağlı sərəncam verildi
Bakının bu ərazisində söküntü başlanılır
İlham Əliyev FƏRMAN İMZALADI
Koronavirusla bağlı yaradılan işçi qrupun tərkibi - SİYAHI
Əmək haqqı fondu 20 faiz artıb – Nazir açıqladı
İlham Əliyev sərəncam imzaladı
Azad edilmiş kəndlərin layihələrini bu qurum hazırlayacaq
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir
Neft sürətlə ucuzlaşır 