Azərbaycan Prezidenti İlham Əliyevin çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi barədə fərmanla qanunvericiliyə dəyişikliklər edilib və bununla əlaqədar olaraq biz rəqəmsal formatın tətbiq olunmasını planlaşdırırıq.
ONN media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, rəqəmsal formata keçid vətəndaşlarla məmurların ünsiyyətini tamamilə aradan qaldıracaq, eləcə də şəffaflığı artıracaq və bu prosesi sürətləndirəcək:
"Hazırda bir çox Avropa ölkəsində tətbiq olunan "Vahid pəncərə" mexanizmi hazırlanıb. "ASAN xidmət"lə birgə biz müvafiq mexanizmi hazırlamışıq və proses artıq işə salınıb. Beləliklə, artıq Bakıda elektron formatda icazənin alınması üçün müraciət etmək olar. Hələlik biz bu prinsipi ekspertizanın tələb olunmadığı tikililərə tətbiq edirik. Aprobasiya prosesi başa çatdıqdan sonra biz bu ilin ortalarında "Vahid pəncərə" formatını bütün növ icazələrə, ilkin ekspertizanın tələb olunduğu obyektlərə də tətbiq etməyi planlaşdırırıq".
D.Dövlətxanov əlavə edib ki, yaxın gələcəkdə bu müsbət təcrübə ölkənin digər şəhər və regionlarında tətbiq olunacaq.



31 min 351 mənzilin istismarına icazə verildi
Bakının bu ərazisində söküntü başlanılır
"Sovetski" ilə bağlı ŞAD XƏBƏR
Bu qurum "Asan Xidmət" dən alındı
Baş nazir Dövlət Komitəsinə 2 ay vaxt verdi – SƏRƏNCAM
Prezidentin fərmanı ilə bağlı işçi qrup yaradıldı
Evlərə "kupça"nı necə almaq olar?
Prezident fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Azərbaycanda özbaşına tikililərə nəzarət sistemində YENİLİK
İlham Əliyev FƏRMAN İMZALADI
Bu il Bakıda nə qədər binaya qaz verilib?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 