Hər bir avtomobilin yanacaq çəninin tutumumunun bir ölçü standartı var. Həmin çənə zavod istehsalı ilə müəyyənləşdirilən normadan artıq yanacağın vurulması mümkün deyil. Bakıda isə yanacaqdoldurma məntəqələrinin birində avtomobilin çəninə zavod tutumundan 10 litrə çox yanacaq əlavə edilib. Məntəqədən vətəndaşa deyirlər ki, bu avtomobilin köhnə olması ilə bağlıdır və çənin həcmi genişlənib. Ustalar isə bunun qeyri mümkün olduğunu deyirlər.
ONN media xezerxeber.az -a istinadən xəbər verir ki, avtomobilin yanacaq çəninə tutumundan da artıq dizel yanacağı vurulub.
Paytaxt sakini Səbuhi Hüseynov bir gün əvvəl yanacaqdoludurma məntəqələrinin birindən avtomobili üçün yanacaq alıb. O, iddia edir ki, yanacaq vuran cihazın sayğacına baxdıqda benzin çəninə tutumundan artıq yanacağın vurulduğunun şahid olub.
Səbuhi Hüseynov deyir ki, 65 litr tutumu olan çənin içində 8 litr yanacaq var imiş. Üzərinə 66 litr 600 qram da yanacağın əlavə edilməsi ona heç də inandırıcı gəlməyib. Bununla bağlı iradını nəzarətçiyə bildirdikdə isə ona belə açıqlama veriblər.
Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, yanacaq doldurma məntəqəsindən heç bir açıqlama vermədilər.
Avtomobil ustası Pərviz İsmayılov isə deyir ki, bu avtomobillərdə yanacaq çəninin həcmi standart olur və qarşı tərəfin iddia etdiyi kimi onun həcminin artmasından söhbət gedə bilməz.
Usta onu da bildirdi ki, son zamanlar ona belə halla qarşılaşan çox sürücü müraciət edir. Zərərçəkən Səbuhi Hüseynov isə məsələylə bağlı aidiyyatı qurumlara şikayət etməyi düşünür.
[embed]https://www.youtube.com/watch?v=np0Q17SYsYI[/embed]



Bakıda yanacaqdoldurma məntəqəsində İNANILMAZ HADİSƏ - ŞOK VİDEO
Yanacaqdaşıyan maşın alovlandı- ŞƏKİDƏ DƏHŞƏT
“Zapravka”larda oğurluq - Yanacağı necə və nə qədər kəsirlər?
Rusiyada yanacaq qıtlığı: Benzin talonla satılır
Yanacaqdoldurma məntəqələri sürücüləri belə aldadır
İNANILMAZ: İrandan Ermənistana yanacaq danışırmış
Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert
Belçika Ukraynaya hərbi ehtiyaclar üçün pulemyot və yanacaq verəcək
Ronaldonun sürücüsü benzin ala bilmədi – 7 saat növbə
Pirallahıda yanacaqdoldurma məntəqəsində partlayış olub
Saxta pulla benzin almaq istədi, tutuldu
İnanılmaz kəşf- Günəş enerjisini benzinə çevirəcəklər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 