Açıq məkanda yerləşdirilən reklam mətnində Azərbaycan dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməlidir.
ONN media xəbər verir ki, bu barədə axar.az -a Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib.
Agentlik qeyd edib ki, əcnəbi dildə olan sözlər dövlət dilində olan mətnin tutduğu sahədən kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır:
“Açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzləri ilə bağlı səhvlərə yol verilməməsi agentlik tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır. Aparılan monitorinqlər zamanı açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili ilə bağlı çatışmazlıqların aradan qaldırılması istiqamətində də işlər görülür. Daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarlara metodiki tövsiyələr verilir, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Bu göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür”.
Agentlikdən bildirilib ki, şəhərin estetik görünüşünü pozan, eləcə də qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələri sökülür:
“Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur”.



Reklam yerləşdirməklə bağlı yeni qiymətlər müəyyənləşdi
Dövlət Reklam Agentliyindən yeni rekord nəticə!
"Araz" şəbəkəsi ilə bağlı yoxlamalar başladı
Tarixi abidələrin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb
Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu
“Agentlik deməli rüşvət alır” – Deputat
Ölkəmizdə bu agentlik zərərlə işləməyə başladı
Bunu edənlər 1000 MANATADƏK cərimələnəcək - YENİ QANUN
Xarici dildə təhsil alan şagirdlər nəzərinə - YENİ QƏRAR VERİLDİ
Azərbaycanda yeni agentlik yaradıldı
"Twitter"də qadağa
Novruz təbriki azərbaycanlıları qəzəbləndirdi - FOTO
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 