Bakı şəhərində dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmət tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması, onların bədii-estetik xüsusiyyətlərinə, ilkin simasına xələl gətirən, standartlara cavab verməyən reklam və məişət qurğularının yerləşdirilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Görülən tədbirlər nəticəsində tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısı alınır, tarixi abidələr ilkin görkəminə qaytarılır.
Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinə uzun illər ərzində edilmiş qanunsuz müdaxilələrin nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən pilot layihə çərçivəsində 12 ünvanda yerləşən dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.
Söküntü işləri Dövlət Xidmətinin Bakı Regional İdarəsinin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən həyata keçirilib. Həmçinin müvafiq işlərin icrasında vətəndaşlar və mülki cəmiyyətin nümayəndələri də əməkdaşlıq edib, öz dəstəklərini göstəriblər.
Bundan sonra da bu kimi işlər davam etdiriləcəkdir. Tarix-mədəniyyət abidələrinin üzərində onların memarlıq üslubuna, xarici görkəminə və bədii-estetik xüsusiyyətlərinə xələl gətirən qanunsuz müdaxilə halları müəyyən edilərək aradan qaldırılması təmin ediləcəkdir.
Dövlət Xidməti vətəndaşlar, elm dairələrinin nümayəndələri, müxtəlif hüquqi şəxslər, o cümlədən dövlət orqanları ilə müvafiq məsələ üzrə qarşılıqlı faydalı əməkdaşlığını davam etdirəcəkdir.



Dövlət Xidmətinin regional idarələri yaradılır
Prezident FƏRMAN İMZALADI
Abidələrə qanunsuz müdaxilə: Nazirlikdən reaksiya
Bakıda memarlıq abidələri niyə təmir olunur? - Rəsmi
Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq
Əhalinin diqqətinə: Aprelin 18-də ÖDƏNİŞSİZ OLACAQ
Baş nazir yeni QƏRAR İMZALDI
Tarixi abidə 1.7 milyona satışa çıxarılıb?
Şəkidəki tarixi məbədi kim dağıtdı?
Laçında qəbirüstü at fiqurları tapılıb
Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Nazirlik abidələrin ucaldılması qaydasını açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 