Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq məqsədilə yanvarın 15-də Türkiyədən Azərbaycana iyirmiyədək şəhid övladı gələcək. Onlar Bakıda və Azərbaycanın digər bölgələrində tarixi yerlərlə tanış olacaqlar.
Bu barədə ONN media -ya açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.
O qeyd edib ki, səfər zamanı uşaqlarla bir sıra rəsmi qurumlarda da görüşlər təşkil olunacaq. Səfərin reallaşdırılmasında məqsəd ortaq tarixə, mədəniyyətə və ədəbiyyata malik türk xalqları ilə bağlı gələcək nəslin nümayəndələrinə məlumat verməkdir. Türkiyə və Azərbaycan tarix boyunca qardaş və dost ölkələr olublar. Hər iki ölkənin vətəndaşları həmişə düşmənlərinə qarşı birgə mübarizə aparıblar. Bu tarixi reallıq sözdə deyil, əməldə də hər bir türk övladına izah olunmalıdır.
Federasiyanın sədri deyib ki, şəhid olmaq türk adət-ənənələrinə görə müqəddəs hesab edilir. Şəhid övladlarını qorumaq isə hər birimizin mənəvi borcudur. Buna görə də biz şəhid övladlarına hər zaman diqqət və qayğı ilə yanaşmalı, tariximizi, mədəniyyətimizi onlara tanıtmalıyıq.
Bilal Dündar səfərin bu tarixə təyin edilməsinin təsadüfi olmadığını deyərək əlavə edib ki, 8 günlük səfər proqramı çərçivəsində şəhid övladları 20 Yanvar faciəsinin 29-cu ildönümü tədbirlərində də iştirak edəcəklər. Onlar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Federasiyanın sədri bildirib ki, bu layihənin davamı olaraq azərbaycanlı şəhid övladları da Türkiyəyə səfər edəcəklər.



Ərdoğan Bakıya səfər edəcək
Sahibə Qafarova Türkiyəyə gedir - SƏFƏRİN SƏBƏBİ...
Ərdoğan Azərbaycana bu tarixdə səfər edəcək- ÖZƏL
Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi məlum olub
Türkiyədən ACI XƏBƏR: Şəhid var
Türk əsgərləri Azərbaycana nə vaxt gələcək?
İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçildi
Sahil Babayev Türkiyədən nümayəndə heyətini qəbul etdi
Azərbaycan ordusu 24 saata İrəvanı alar - Dündar
Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI
İran parlamentinin sədri Azərbaycana gələcək
Şentop Azərbaycana gəlir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 