Azərbaycanı təmsil etmək üçün “Best Model of World” müsabiqəsinə Cəmilə Qoluboviç göndəriləcək.
ONN media xəbər verir ki, Azərbaycanı dünya gözəllik müsabiqəsində təmsil edəcək modelin adı açıqlanıb. Bu barədə bizə yarışmanın milli direktoru Aqil Məmiyev məlumat verib.
O, bildirib ki, müsabiqənin prezidenti Erkan Özarmanla görüş baş tutub:
“Erkan Özarmanla dünən görüşdük. Qaydalara əsasən, “Best model of Azerbaijan”ın qalibi “Best Model of World” beynəlxalq gözəllik müsabiqəsində təmsil olunmalı idi. Aygül Səfərovanın ailəsi yarışmada iştirak etməyə icazə vermədiyi üçün o, bundan imtina etdi. Odur ki, titulun ondan götürələrək Cəmilə Qoluboviçə təqdim edilməsinə qərar verildi. Birincilik barədə rəsmi sənədlər Cəmilə xanımın adına veriləcək. O, Azərbaycanı “Best Model of World”da təmsil etsə də, Aygül xanımın tacı geri alınmayacaq, sadəcə olaraq onun birincilik status geri götürələcək. E.Özarman tacın da alınması barədə göstəriş verib, lakin mən A.Səfərovanı daha çox üzmək üçün belə bir addım atmaq istəmirəm”.
Aqil Məmiyev sözlərinə onu da əlavə edib ki, müsabiqə ayın 7-də baş tutacaq: "Yarışa start verilib, biz artıq 2 gündür ki, düşərgədəyik".
Qeyd edək ki, Aygül Səfərovanın birinciliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş, qalib tənqidlərə məruz qalmışdı.
Məlumat üçün onu da bildirək ki, müsabiqənin digər qalibi Şakir Əhmədzadədir. Cəmilə ilə yanaşı, Azərbaycanı o da adıçəkilən yarışda təmsil edəcək.



Avroviziya təmsilçimiz məlum oldu-FOTO
Azərbaycanlı model Kıvanç Tatlıtuğla eyni layihədə
Ərəbistanlı gözəlin yalanı üzə çıxdı
Azərbaycanı "Avroviziya"da o təmsil edəcək
"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi
“Avroviziya"da ölkəmizi təmsil edəcək mahnı açıqlandı
Azərbaycanı Avroviziyada kim təmsil edəcək?
Gözəllik kraliçası evində ölü tapıldı
Pekin-2022-də Azərbaycanı Əli Əhmədov təmsil edəcək
Azərbaycan Avroviziyada bu mahnı ilə təmsil olunacaq - VİDEO
Azərbaycanın “Avroviziya 2019” tanıtım çarxı yayımlandı - VİDEO
Azərbaycan "Eurovision" mahnısını seçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 