ONN media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.
İdarədən verilən məlumata görə, təhsil müəssisələrində “Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda konfrans, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilir. Eləcə də təhsil müəssisələrində unudulmaz qəhrəmana aid fotostendlər, bülletenlər hazırlanır, “Mehdi Hüseynzadə-100” adlı guşələr yaradılır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, məktəblilər arasında Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadəyə həsr olunmuş “Qəhrəmanlar ölmürlər” mövzusunda inşa yazı müsabiqəsi, “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” mövzusunda bilik yarışları keçirilir.
Həmçinin, təhsil müəssisələrində Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” və “Təxəllüsü Mixaylo” filmləri nümayiş olunur.
Tədbirlərdə qəhrəmanın həyat yolu haqqında ətraflı məlumatlar verilir, onun şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsil nümunə olduğu bildirilir. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı şagirdlərin diqqətinə çatdırılır.
Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirir, şeirlər söyləyir, mahnılar oxuyurlar.
Həmçinin paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Mehdi Hüseynzadə adına Novxanı 1 nömrəli tam orta məktəbdə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları da təşkil edilir.



“Nəsimi İli” ilə bağlı əmr imzalandı
22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür
2 noyabr Mehdi Hüseynzadənin vəfat etdiyi gündür
Bu gün Mehdi Hüseynzadənin doğulduğu gündür
Yanvarın 17-də məktəblərdə xüsusi dərslər keçiriləcək
Əfsanəvi partizan Mehdi Hüseynzadəni UNUTMADIQ!
Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açılıb – VİDEO + FOTO
Təhsil Nazirliyindən özəl məktəblərə MÜHÜM XƏBƏRDARLIQ
Havaya görə Bakıda məktəblər bağlandı?
Məktəblərdə qış tətilinin vaxtı açıqlandı
Azərbaycanda daha 3 məktəb BAĞLANDI
Bu gün Azərbaycan məktəblərində "Son zəng"dir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 