Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyevanın ONN media-ya verdiyi məlumata görə Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub.
Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.
Dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın azaldılması Sazişinə qoşulub. Oktyabr ayında gündəlik neft hasilatı 783 min barrel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barrel həcmində saxlamalıdır.
Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi və neftin qiymətinin sabitləşməsi üçün OPEC+ ölkələrinin bu qərarını yüksək qiymətləndirib: “Son vaxtlar siyasi və iqtisadi amillərin təsiri ilə neftin qiyməti ucuzlaşırdı və proses davamlı xarakter alırdı. Bazarda istehsalın istehlakı üstələməsi və dünya iqtisadiyyatında zəifləmə prosesinin gələn il üçün də proqnozlaşdırılması neftin ucuzlşmasını təmin edirdi. Neft bazarına yeganə dəstəyi ancaq OPEC+ ölkələri verə bilərdi. Bugünkü qərar neft istehsalçları, ümumən neft bazarı və neft sənayesinin inkişafı üçün çox mühüm bir addım oldu.”
Qeyd edək ki, OPEC+ ölkələri tərəfindən gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub.



Fevral ayında gündəlik neft hasilatı nə qədər olub?
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub
Gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib
Ölkədə sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub
Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Energetika Nazirliyi neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
Ötən ay üzrə gündəlik neft hasilatı 783 min barrel olub
Azərbaycanın iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib
İyulda nə qədər neft hasil edilib?
Nazirlik avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
OPEC fevral ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırılıb
Azərbaycanda may ayında gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 