2018-ci il sona çatdı. Yola saldığımız il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Azərbaycan başa çatan bu ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Eyni zamanda, dünya azərbaycanlıları həmrəylik nümayiş etdiriblər. 2019-cu ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təzahürü kimi qiymətləndirilə bilər.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.
Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi. Bu mənzərəni seyr etmək, Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa edirdilər.
Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.



Azərbaycan paytaxtı 2020-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Bu axşam Dənizkənarı parkda atəşfəşanlıq olacaq
Bakıda atəşfəşanlıq olacaq
Milli Parkda atəşfəşanlıq olacaq
Bulvarda Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub
“Bakı əziz şəhər” start götürür
Bakıda 10 milyon nəfər olmağımız şərəfinə MÖHTƏŞƏM atəşfəşanlıq oldu
Bakıda möhtəşəm fləşmob keçiriləcək
Bulvarda gözlənilən bayram ab-havası başladı - FOTOLAR
Dənizkənarı Milli Parkda bir nəfər dənizə düşüb və... - FHN
Bakı bulvarında yeniliklər: Yeni illə bağlı nələr olacaq?
Heydər Əliyevin yubileyi ilə bağlı atəşfəşanlıq olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 