Dövlət Gömrük Komitəsi bir sıra Kütləvi İnformasiya Vasitələrində Bakı Baş Gömrük İdarəsinin sahibkarlara maneələr yaratması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
ONN media Trend-ə istinadla xəbər verir ki, Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymətləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edib:
"Qeyd edək ki, Aqil Haqverdiyevin ölkəyə idxal etdiyi mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.
Aqil Haqverdiyevin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşə bilməməsi iddialarına gəlincə isə o, üç dəfə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iki dəfə isə BBGİ Gömrük əməliyyatları idarəsinin rəisi ilə görüşüb, ona qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının haqlı tələbləri ilə bağlı izahat verilib.
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək".



Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
DTX-nın əməliyyat keçirdiyi rəis kimdir?
Ölkəyə gətirilən quzu əti niyə bahadır?
Azərbaycanda general işdən çıxarıldı
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
DGK əməkdaşlarına yeni rütbələr verilib
İlham Əliyevdən bu vəzifəyə yeni təyinat
Ölkəyə gətirilən avtomobillər üçün gömrük ödənişləri artdı? - RƏSMİ
Tovuz Gömrük İdarəsinin rəisi kim təyin edildi?
İlham Əliyevdən yeni təyinatlar
DGK-nin bu idarələri bayram günü işləyəcək
DTX-nın saxladığı şəxs nazirin qohumu çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 