Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin idxalatçıların təqdim etdiyi invoys qiymətləri nəzərə alınmadan "gömrük orqanları tərəfindən tələb edilən" rəqəmlərlə rəsmiləşdirilməsinə eyham vuran və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
ONN media xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2018-ci ildə ölkəyə idxal olunan və 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur.
“Üstəlik bir il ərzində bəhs edilən növ quzu ətinin idxaldakı payı miqdar baxımından 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib ki, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək belə gülüncdür.
Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir.
Bir daha xatırladırıq ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə aparılır” – məlumatda bildirilib. Axar.az



Baş Gömrük İdarəsi ilə bağlı iddialara - Cavab
Azərbaycanda quzu əti bahalaşdı
Xaricdən 5 manata gətirilən kolbasalar niyə marketlərdə 20 manatdan baha satılır?
Qəzet kağızı gömrük rüsumundan tam azad edildi
Komitə məlumat yaydı: Bunu sifarişlə yazdırıblar
Prezidentdən gömrüklə bağlı təklif
Ölkəyə gətirilən avtomobillər üçün gömrük ödənişləri artdı? - RƏSMİ
Ölkəyə mal gətirilməsi qaydaları sərtləşdirildi - ƏMR İMZALANDI
Külli miqdarda dərman məhv edildi
DGK KİV-ə müraciət edib
Ölkəyə avtomobil gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Komitə rüşvət iddialarına cavab verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 