Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.
ONN media xəbər verir ki, bu barədə BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Belə ki, bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:
"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur".
O.Məmmədovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığı ilə qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti iki gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən verilən məlumata görə, yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.



Hava şəraiti ilə bağlı sürücülərə VACİB XƏBƏRDARLIQ
Sürücülərə XƏBƏRDARLIQ: Avtomobilləri bu yerlərdə PARK ETMƏYİN!
Güclü küləklə əlaqədar XƏBƏRDARLIQ
Vətəndaşlara hava ilə bağlı VACİB XƏBƏRDARLIQ
Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə - Xəbərdarlıq
Bakıda külək şiddətlənir: Qurumlar hərəkətə keçdi
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
DYP-dən sürücülərə MÜHÜM XƏBƏRDARLIQ
Güclü külək fəsad törətdi - 3 avtomobil...
BŞİH-dən küləklə bağlı xəbərdarlıq
Küləklə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bakıda külək 76 ağacı aşırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 