Ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb.
ONN media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə verdiyi məlumata görə, bu saata qədər paytaxtda müxtəlif ünvanlarda 76 ağac aşması faktı ilə bağlı müraciətlər daxil olub:
"Dünəndən bu günə şəhərin müxtəlif yerlərindən, əsasən Yasamal və Nəsimi rayonlarından ağac aşması ilə bağlı müraciətlər daxil olub. Bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək gecə saat 03:00 radələrinə qədər hər bir ünvana əməkdaşlar cəlb edib, bütün fəsadlar aradan qaldırılıb. Bu saata qədər müraciətlər daxil olmuş ərazilərin 99 faizi aşan ağaclardan təmizlənib. Aşan ağaclar ətrafda olan maşınlara ziyan vurmayıb”.
Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qurumuş, yaşlı ağaclardan başqa, sağlam ağaclar da var.
O.Məmmədov deyib ki, hazırda texnikaların hər biri şəhərin müxtəlif yerlərində hazır vəziyyətdədir, aşma ehtimalı olan ağaclar nəzarət altındadır: "Ancaq buna baxmayaraq, sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar".



Bakıda 60 ağac aşdı
Bakıda küləyin aşırdığı ağacların sayı 21-ə çatdı
Güclü külək Bakıda 4 sağlam ağacı aşırdı
Bakıda güclü külək bir ağacı kökündən çıxardı
Bakıda ağac bahalı maşının üstünə aşdı
Güclü külək fəsad törətdi - 3 avtomobil...
Bakıda 5000 ağac kəsiləcək - AÇIQLAMA - VİDEO
Bakıda əsən güclü külək fəsadsız ötüşmədi
Güclü külək səbəbindən Bakıda 27 ağac aşdı
Sürücülərə XƏBƏRDARLIQ: Avtomobilləri bu yerlərdə PARK ETMƏYİN!
Vətəndaşlara hava ilə bağlı VACİB XƏBƏRDARLIQ
Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 