Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlandıqdan sonra sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğətinin tərtib olunması da nəzərdə tutulur.
ONN media Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib.
Onun sözlərinə görə, orfoepiya lüğətinin hazırlanması üçün ilk olaraq prinsiplər müəyyənləşdirilməlidir.
İ.Məmmədli əlavə edib ki, yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı əsas mübahisəli məsələlərdən biri bəzi sözlərin düzgün tələffüz formasının iki variantlı olmasıdır: "Bəzi sözlərin iki variantlı tələffüz olunması mübahisə doğurur. Yəni sözün sonunda gələn "k" səsi " x' ", yoxsa "y" kimi deyilməlidir? Məsələn, "gözəllik" sözü "gözəllix' " kimi tələffüz edildikdə oradakı "x'" səsi deyil, "y"-ya yaxın olandır. Bəzi şivələrdə həmin səs "y", bəzi şivələrdə isə "x' " kimi səslənir. "Mələk", "külək", "ürək", "çörək" sözlərindəki sonuncu "k" səsi Bakıda, eləcə də şimal zonasında "y" kimi, amma Qarabağ zonasında "mələx'", "ürəx'", "çörəx'" və s. kimi tələffüz edilir. Yeni lüğətin ləngimə səbəbi də elə bu iki variantlıqdır. Ona görə də bu məsələ mübahisəlidir. Bir qrup deyir ki, bu variant, başqa bir qrup deyir ki, digər variant düzgündür. Mütəxəssislər bunu razılaşdırmalıdırlar. Akademik Məmmədağa Şirəliyev "kömək", "ürək", "fələk" və s. kimi sözlərdə sonda "y" olmasını irəli sürüb. Amma akademik Əbdüləzəl Dəmirçizadə isə "x' -yə üstünlük verirdi".
İ.Məmmədli qeyd edib ki, sonuncu "Orfoepiya sözlüyü" 1983-cü ildə ümumxalq Azərbaycan dilinə əsaslanaraq hazırlanıb: "Həmin lüğətdə belə iki variantlı sözlərin hər iki tələffüz forması düzgün forma kimi göstərilib. İndi çap edilən məktəbli lüğətlərində də bu sözlər iki variantlı göstərilməli idi. Lakin hazırda məktəblərdə istifadə edilən belə lüğətlər kommersiya məqsədilə hazırlanıb və burada iki variantlılıq prinsipi gözlənilməyib".
Professor əlavə edib ki, düzgün tələffüz forması iki variantlı göstərilən sözlərdən hansı variantın seçilməsi zamanı Azərbaycan xalqının daha çox hansı varianta üstünlük verdiyi, ziyalıların nitqində necə işlənildiyi müəyyənləşdirilməlidir.
Onun sözlərinə görə, yeni orfoepiya lüğəti hazırlanarkən bu fərqliliklər mütləq nəzərə alınacaq.



Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
“Müasir Azərbaycan dilinin qrammatikasını yaratmağa ehtiyac var” - AKADEMİK
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
Azərbaycan dilində çətin tələffüz olunan sözlərin lüğəti hazırlandı
Bu sözlər orfoqrafiya lüğətindən çıxarıldı
Dilimizdəki alman mənşəli sözlər
Hörümçək sözü lüğətdən çıxarılıb? - AÇIQLAMA
Azərbaycan dilindən bu sözlər çıxarılır
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
Yeni orfoqrafiya lüğəti bu prinsiplər əsasında hazırlanacaq - Möhsüm Nağısoylu AÇIQLADI
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 