Bakıda yeni tunel tikilir. Bu tunel Bakının hər gün üz-üzə qaldığı tıxac probleminin həllində böyük rol oynayacaq.
ONN media Musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bakı Olimpiya Stadionun qarşısından yolun əks istimqamətinə qədər uzanacaq tumelin tikintisinə başlanılıb. Bu tunel Ziya Bünyadov (Dərnəgül) prospektindən gələn və üzü Hava Limanı istiqamətində hərəkət edən sürücülərin işini asanlaşdıracaq. Belə ki, Ziya Bünyadov prospektindən gələn sürücülərin “Koroğlu” metrostansiyası və ya “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edib, oradan da Hava Limanı istiqamətinə- Heydər Əliyev prospektinə qayıtmasına ehtiyac olmayacaq.
Sürücülər Ziya Bünyadov prospektindən “Atletlər Kəndi”, Bakı Olimpiya Stadionu istiqamətində (SOCAR Yanacaq Doldurma Məntəqəsinin yanından) hərəkət edərək bu tunelə doğru hərəkət edə biləcəklər. Bu yolla birbaşa Hava Limanı istiqamətinə üz tutmuş olacaqlar. Tunel Olimpiya stadionun qarşısından Heydər Əliyev prospektinin Hava Limanı istiqamətinə doğlu uzanacaq və prospektə birləşəcək.
"Azəravtoyol" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, inşasına başlanılan tunelin bu il ərzində təhvil verməsi planlaşdırılır. ASC rəsmisi qeyd edib ki, bu layihə Bakıda hər gün “Koroğlu” metrostansiyası ətafında yaranan tıxacın aradan qaldırılmasına təsir edəcək.
Qeyd edək ki, günün bir çox saatlarında, xüsusi ilə də axşam saatlarında “Koroğlu” metrostansiyası ətrafında avtomobil və piyada sıxlığı müçahidə olunur. Bu sıxlıq həmçinin Zİya Bünyadov prospektində də tıxacın yaranmasına səbəb olur.
Bildirək ki, “Koroğlu” metrostansiyası ətrafında yaranan tıxacın aradan qaldırılması üçün başqa təkliflər də hazırlanıb. Sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb.
Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi planlaşdırılır. Qeyd edilən təklif reallaşacağı təqdirdə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun pramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlanacaqlar. Hazırlanan təklif təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib.



Bu yollarda tıxac var- Siyahı
Bakıda BU YOLLARDA hərəkət məhdudlaşdırıldı
DİQQƏT- Bu yolda hərəkət tam dayandı
Bakıda bu yollarda hərəkət tam dayandı
Bakının bu yollarında son durum - Siyahı
İşığın qiyməti qalxdı, tunel qaranlığa büründü: sürücülər təhlükədə
Bu yollarda tıxac var
Ziya Bünyadovda qəza
Bu yollarda tıxac yarandı
Bakının bu yollarında tıxac var
Bakıda bu yollarda tıxac yaranıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 