"Oğul itirən anayam... Bu acını düşmənimə də arzulamıram. Buna görə saçlarım ağarıb. Kiməsə bu ağ saçlarımı ələ salmağa imkan vermərəm".
ONN media xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamsında bəstəkar Nailə Mirməmmədli deyib.
Əməkdar artist Elza Seyidcahanın onun ünvanına söylədiyi sözlərə münasibət bildirən bəstəkar deyib ki, ona işləri ilə cavab verir:
"Vətənimdə baş verən heç bir hadisəyə özümü biganə saxlaya bilməmişəm. Şəhid Mübarizə, həlak olan neftçilərə mahnılar bəstələmişəm. Vətənpərvərlik mövzusu Hikmət Mirməmmədli ilə mənim yaradıcılığımın əsas mövzusudur. Əbəs yerə mənim saçım rəngsiz deyil. Bütün şəhid analarının saçı ağdır. Mən onların üzdə olan simasıyam. Saçını ağardan, əsl qadınlarımız çoxdur. Heç vaxt özüm üçün yaşamamışam. Dırnaqarası seyidlərin bunu ələ salmasına icazə vermərəm. Allah heç kəsin başına gətirməsin. Onu lağa qoymaqla yaşamaq olmaz. Hərə öz işi ilə məşğul olsun.
Haqqımda müsahibə verən o qadının cavabını elə işlərimlə verəcəm. Başımı aşağı salıb mahnılar yazıram. Bu yaxınlarda "Zəfər" marşı yazdım. Onu Gülyanaq Məmmədova, Babək Niftəliyev, Eldəniz Məmmədov oxudular. Bu mahnını aprel döyüşlərinə həsr etdim. Vətənpərvərlik mövzusunda olan bəstələrim hələ çoxdur. Tezliklə təqdim edəcəm".
Qeyd edək ki, E.Seyidcahan bəstəkarın ünvanına "Azərbaycanın səsi" yarışmasında əyləşən münsiflər var idi ki, onlara əvvəl hörmət edirdim. Amma o layihədə onları itirdim. Hər insanla ünsiyyət qura bilmirəm, arada sərhəd qoyuram. Bəziləri adamı birinci dəfə görəndə sən deyirlər, axı bu səmimiyyəti zamanla qazanmalısan.
Amma digərlərini tanıdım. Əvvəl də bilirdim ki, elədilər, sadəcə yola verirdim. Sonra gördüm ki, onlar düzələn deyil" sözlərini demişdi.



Nailə Mirməmmədli dəfn olundu
SON DƏQİQƏ: Nailə Mirməmmədli vəfat etdi
Nailə Mirməmmədlinin ölüm səbəbi AÇIQLANDI
Röyadan KƏSKİN İTTİHAM - Nailə Mirməmmədli sizin əsəbinizdən...
Əməkdar incəsənət xadimi Nailə Məmmədlinin barelyefi qoyuldu
Nailə Mirməmmədliyə VƏZİFƏ VERİLDİ
Elza İbrahimova - qəlblərdə yaşayan bəstəkar
Şəhid olan mayor mənim əmrimlə... - Zakir Həsənov
Qazsız qalan kənddə yaşayan şəhid anasından açıqlama
Ərdoğan: “İlham Əliyev də dedi ki, onun ölkəyə girişinə imkan vermərəm”
“Özümü meymuna oxşadıram” – Əməkdar artist – VİDEO
Nailə İslamzadə illər sonra yenidən efirdə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 