Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib. ONN media bildirir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib. O qeyd edib ki, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi hələ ki, məlum deyil. Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi. Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıidi. İki oğlu, bir qızı var. Allah rəhmət eləsin! (apa)
SON DƏQİQƏ: Nailə Mirməmmədli vəfat etdi



Nailə Mirməmmədli dəfn olundu
Nailə Mirməmmədlinin ölüm səbəbi AÇIQLANDI
Əməkdar incəsənət xadimi Nailə Məmmədlinin barelyefi qoyuldu
Mədəniyyət Nazirinə yeni müavin təyin olundu
Röyadan KƏSKİN İTTİHAM - Nailə Mirməmmədli sizin əsəbinizdən...
BDU-nun professoru vəfat edib
Azərbaycanda xalq artisti vəfat etdi
ABŞ-da vəfat etmiş məşhur pianoçu Bakıda dəfn ediləcək
Bu gün Şəfiqə Axundovanın vəfat etdiyi gündür
11 fevral Elza İbrahimovanın vəfat etdiyi gündür
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Bu gün Ramiz Mirişlinin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 