20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək.
Bu barədə ONN media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.
Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi, Naxçıvan və Gəncə Qarnizon Zabitlər Evləri kollektivlərinin iştirakı ilə faciəyə dair bədii kompozisiya və tamaşaların, eləcə də sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.



Orduda 20 Yanvar faciəsinin ildönümü keçiriləcək
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
Zakir Həsənov Xocalı soyqırımına aid silsilə tədbirlərin keçirilməsi ilə bağlı tapşırıq verdi
Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
Ramiz Mehdiyev sərəncam imzaladı
PA-nın yeni rəhbəri sərəncam imzaladı
Yanvarın 17-də məktəblərdə xüsusi dərslər keçiriləcək
Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək
Azərbaycan Ordusunda ümumordu iməciliyi keçirildi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olundu - VİDEO
Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb
Hərbi vətənpərvərlik həftəsi başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 