Bu gün Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib. ONN media xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə yeni vəkil Şahmar Məmmədov qoşulub. Prosesdə məlum olub ki, təqsirləndirilən R.İlyasovla R.Axundov bu günkü məhkəmə prosesinə də gəlməyiblər. Prosesdə xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edərək bildirib ki, hər iki müğənni “Space TV"də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirib və buna görə onlar cinayət məsluliyyətinə cəlb edilib, 6 ay müddətinə azadlıqdan məhrum edilməlidir. Müğənnilərin vəkilləri isə məhkəmədən ittihamçının şikayətinin təmin edilməməsini istəyib.
Proses mayın 2-dək təxirə salınıb. Qeyd edək ki, aprelin 5-də “Space TV"-də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Daha sonra vətəndaş Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.Rüfət Axundov və Rəşad İlyasovun HƏBSİ TƏLƏB EDİLİR



Məhkəmə Rüfət Axundov və Rəşad İlyasov barəsində QƏRAR VERDİ
Rüfət və Rəşad məhkəməyə niyə gəlmədi?
Rüfət və Rəşadla bağlı yekun qərar verildi
Məhkəmədən "Space"ə SƏRT CƏZA
Rəşad İlyasov AzTV-yə buraxılacaqmı? - QƏRAR VERİLDİ
Rüfət Axundov canlı efirdən qovuldu ŞOK !
Rüfət Axundova efir qadağası tətbiq ediləcək
Əli Əliyev həbs edildi
Rüfət vəzifəsindən də qovuldu
Rüfət Axundova efir qadağası götürüldü
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 