Bu gün Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə bağlı xüsusi ittiham qaydasında olan şikayət üzrə məhkəmə prosesi keçirilib.
Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə həbs edilib.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü açıqlayıb. Çıxışdan sonra hərbçilər Əli Əliyevi məhkəməyə verib.
Onların şikayətləri ayrı icraatlarda araşdırılıb.
DSX kapitanı Ramin Ədilovun Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə bir müddət sonra baxılacaq. /apa.az/



Qaraheybətdəki helikopter qəzasından 1 il ötür
Məhkəmə Rüfət Axundov və Rəşad İlyasov barəsində QƏRAR VERDİ
Rüfət və Rəşadla bağlı yekun qərar verildi
Ehtiyyatda olan polkovnik niyə həbs olundu?
Helikopter qəzasında çox sayda zabit həlak oldu - ADLAR (RƏSMİ)
Keçmiş AXCP üzvü Əli Kərimlini məhkəməyə verib - Açıqlama
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Brilliant Dadaşovanın bacısı oğlu həbs olundu
Əli Əliyevin partiyası fəaliyyətini DAYANDIRDI
MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu
Sərdar Babayevə 17 il cəza verildi
Rüfət Axundov və Rəşad İlyasovun HƏBSİ TƏLƏB EDİLİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 