Respublika Baş Prokurorluğu "ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin açılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Baş Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki,"ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin fəaliyyətinin bərpası müzakirə predmeti deyil: "Bəzi kütləvi informasiya vasitələrində "ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb. Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının "ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib. Baş Prokurorluqda istintaq edilən "ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib".
Prokurorluqdan ANS-lə bağlı AÇIQLAMA



İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi - SİYAHI
Lider TV telekanalının yayımı dayandırıldı
6 şirkətin lisenziyası ləğv edildi - SİYAHI
Prokurorluqdan Nərminin qətli ilə bağlı YENİ AÇIQLAMA
İTV-də yeni təyinatlar olub
Baş Prokurorluqdan AÇIQLAMA: "Azadlığa buraxılmayıb"
MN-dən Türkiyə şirkətinə cavab gecikmədi
Məhkəmə ANS-lə bağlı qətnaməni ləğv etdi
Nərminin qətli ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
Generalın oğluna yüksək vəzifə verilməsi ilə bağlı - AÇIQLAMA
Qubadlıda televiziya və radio yayımı təmin olunub
Zəngilanda televiziya və radio yayımı təmin olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 