ONN İnformasiya Agentliyi

Araz Ağalarovdan yeni mühüm açıqlama

Araz Ağalarovdan yeni mühüm açıqlama
25 Mart 2024 - 13:07

Şirkət Rusiyada bina və digər obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.

ONN media xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında 22 martda teraktın baş verdiyi “Krokus Siti Holl”un sahibi, “Krokus Qrup”un prezidenti Araz Ağalarov deyib.

O bildirib ki, bizim missiyamız yaradıcılıqdır:

“Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”.

Ağalarov vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələcək, insanlara və ölkəyə xidmət edən obyektlər tikməyə davam edəcək.

Xatırladaq ki, bundan öncə “Krokus Siti Holl”un təmir ediləcəyi bildirilmişdi.

Qeyd edək ki, 22 martda “Krokus”da baş verən terakt nəticəsində, son rəsmi məlumata görə, 137nəfər ölüb, 180 nəfər yaralanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png