ONN İnformasiya Agentliyi

Bağlanmış bankın əmanətləri geri qaytarılır

Bağlanmış bankın əmanətləri geri qaytarılır
18 Sentyabr 2019 - 17:37

Nəhayət ki, üç ildən sonra pulları QSC “Bank Standard” KB-da batmış kreditorlarla əlaqədar ilk qərar verilib, ərizəçi – Əmanətlərin Sığortalanması Fondu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 80, 82-ci maddələrini əsas tutaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciəti edib. Müraciətə 10 sentyabr 2019-cu ildə baxılıb və qərar qəbul olunub. 

Bununla bağlı Oxu.Az-a QSC “Bank Standard” KB-nin Kreditorlar komitəsinin sədri Şahin Əhmədov məlumat verib:“Qərarə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 17 000 manatadək əmanəti olan 15,650 fiziki şəxs üzrə ümumilikdə 6,650,000 manat vəsait alacaqlar. Bu şəxslərin kreditor tələbi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 29 avqust  2019-cu il tarixli 108 saylı protokoluna müvafiq olaraq Azərbaycan Respublikasının 2017-ci il “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 saylı fərmanına əsasən Əmanətlərin Sığortalanması Fonduna ayrılmış vəsait hesabına ƏSF tərəfindən ödənilərək “Banklar haqqında qanunun” 82-ci maddəsinin tələblərinə əsasən tələbin növbəlik qaydasında Əmanətlərin Sığortalanması Fonduna ötürülməsinə icazə verib.

Məhkəmə qərardatında “Banklar haqqında” qanunun 80-cı maddəsinə istinad edilərək qeyd olunub ki, məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi, tələblərin nizama salınması məqsədilə, bankın istənilən kreditoru ilə və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.Bu qanunun 90-cı maddəsinə əsasən, bu məsələyə maliyyə bazarlarına nəzarət orqanının da rəyi alınıb. Məhkəmə kollegiyası ləğvedici tərəfindən verilmiş ərizəyə istinad olunan maddi hüquq normasının tələblərinə müvafiq qiymət verərək, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasınin rəyini nəzərə alaraq belə qərara gəlib ki, ərizə təmin olunmalıdır və olunub.

Bundan sonra guya pulların bu şəkildə qaytarılmasının qanunazidd olması barədə polemika aparmaq və Əmanətlərin Sığortalanması Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu işləri qeyri-peşəkar və qanunsuz həyata keçirdiklərini iddia etmək qısqanclıqdır, etik normalara uyğun deyil. Qanunlarda olan boşluqlar, onlara zəruri olan dəyişikliklərin edilməsi polemikası və həlli yeri, ünvanı əlaqədar qurumların, instansiyaların, sonda isə Nazirlər Kabinetinin, Milli Məclisin  prioritetindədir ki, bu proseslərin mərhələlərlə ortaya qoyulması  və mərhələrlə, düşünulmüş şəkildə həll olunması da cəmiyyət üçün vacib məsələlərdən biridir.Yalniz QSC “Bank Standard” KB üzrə 15 mindən artıq kreditorun üç ildən sonra məqsədinə çatması sevindirici haldır.

Bəzi ekspertlərin bu təşəbbüsün qanuna zidd olması barədə rəyləri ilə razı deyiləm.Aydın məsələdir ki, ölkə başçısının razılığı olmadan bu məsələ həllini tapmazdı, bu təşəbbüsdə əməyi olan hər bir qurum – Əmanətlərin Sığortalanması Fondu, Maliyyə   Bazarlarına Nəzarət Palatasının rəhbərliyi də böyük işlər görmüşlər, Maliyyə Sabitliyi Şurasının üzvləri də bu təşəbbüsə razılıq verib və nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bizim çoxsaylı müraciətlərimizi cavabsız qoymayıb.Gələcəkdə bu qərarların qalan kreditorlara da şamil olacağına əminliyimi  bildirirəm.

Bütün bu qərarlar, pozitiv addımlar ölkə rəhbərliyinin insanların sosial durumunun yaxşılaşdırılması üçün bir zəmindir və təminatdır.17000 manatadək qorunmayan əmanətlərin qaytarılması qərarı bütün bağlanmış bankları əhatə edir və on minlərlə ailənin güzaranına təsir edəcək. Pulları hələ də bankda qalmış kreditorlar isə Əmanətlərin Sığortalanması Fondundan, Maliyyə Bazarlarına Nəzarət Palatasından növbəti təşəbbüsü gözləyir və ölkə rəhbərliyinə böyük ümid edirlər.Sonda qeyd etmək istəyirəm ki, QSC “Bank Standard” KB tərəfindən vaxtilə verilmiş kreditlərin geri qaytarılması prosesi gedir, Palata, ƏSF hüquq-mühafizə orqanları ilə birlikdə işlər aparır.Biz istərdik ki, bu işlər daha intensiv aparılsın, böyük məbləğdə kredit almış və borcları geri qaytarmayanlarla ciddi iş aparılsın, onların  əmlakları  tez bir zamanda  müəyyən edilib satışa qoyulsun, bununla da dövlətin ƏSF-yə verdiyi  kreditlər və qalan kreditorların pulları vaxtında  qaytarılsın.Sonda əminliklə bildirirəm ki, dövlətimizin dayaqları möhkəmdir və əbədidir. Dövlət isə öz vətəndaşlarını darda qoymaz”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png