ONN İnformasiya Agentliyi

Bakıda temperatur iqlim normasından yuxarı olub

Bakıda temperatur iqlim normasından yuxarı olub
22 Avqust 2019 - 21:55

“Dünən Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 3 dərəcə yuxarı olub”.

ONN media bildirir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, bu gün də temperaturun iqlim normasından yuxarı olacağı gözlənilir: “Avqust ayının ilk yarısında şimal və şimal-qərb küləklərinin əsməsi ilə əlaqədar nisbətən sərin hava şəraiti müşahidə olunurdu. Avqustun 16-dan başlayaraq cənubdan isti hava axınlarının ölkə ərazisinə daxil olması ilə əlaqədar temperaturun yüksəlməsi müşahidə olunur. Hazırda ölkə ərazisində günəşli, yağmursuz və isti hava şəraiti hökm sürür”.

A.Verdiyev deyib ki, isti hava şəraiti avqustun 23-24-də də davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png