ONN İnformasiya Agentliyi

Cavad Derəxti: “Məqsədimiz MİLLİ BİRLİKDİR”

Cavad Derəxti: “Məqsədimiz MİLLİ BİRLİKDİR”
05 Aprel 2018 - 18:45

Bu gün Beynəlxalq  Mətbuat  Mərkəzində (BMM)  “Dünya  Azərbaycanlılarının Mİlli Birliyi”nin sədri  Cavad  Derəxti  mətbuat üçün  konfrans  keçirib.

Xarici ölkədə yaşayan və Azərbaycanı təmsil edən təşkilat nümayəndələrinin, media və ictimaiyyətin iştirakı ilə keçirilən tədbir aprel döyüşləri zamanı həlak olmuş və bütün şəhidlərin xatirəsi yad edilərək Azərbaycanın himni ilə başladı.

Konfransın təşkilatçısı, “Dünya Azərbaycanlılarının Milli Birliyi”nin həmtəsisçisi və Azərbaycan nümayəndəliyinin rəhbəri  Xəzər  Emin  mətbuat  konfransının  əhəmiyyətindən danışaraq  İsveçdən, İngiltərədən, Almaniyadan,  Türkiyədən ,Rusiyadan, Gürcüstandan  gələn qonaqları salamlayaraq  konfrans  iştirakçılarına təqdim edəndən   sonra sözü  "Dünya  Azərbaycanlılarının Milli Birliyi"nin sədri  Cavad Derəxtiyə  verdi.

Cavad  Derəxti  öz  çıxışında  Avropada  yaşayan  hər  bir  Türk  dilli  xalqların  birliyinə  nail  olmasından  danışaraq bildirdi: “Hörmətli  media  mənsubları , özəliklə  çox-çox  uzaqlardan gələn  dəyərli  dostlar, sizinlə  biz  uzun  illərdir  çiyin-çiyinə  dövlətçiliyimiz, milli  birliyimiz  uğurunda  mübarizə  aparırıq. İsveçin  Malmo  şəhərində qeydiyyatdan  keçmiş “EuroAzTv” televizyası  fəaliyyət  göstərir. Bu televizya  vaistəsi ilə Azərbaycanmızın  hər  zaman  haqq işini dünyaya çatdırırıq. Bilirik ki, Avropada  bir  çox  azərbaycanlıların  təşkilatları  fəaliyyət  göstərir, burada  həm  iqtidar  həm  də  müxalifət  tərəfdarlarları  var. Hərdən  bu  təşkilatlar  bizi  mitinqlərə  sürükləyirlər ,  amma  biz  müstəqil  təşkilat, müstəqil  insan  olduğumuzdan  heç  bir  mitinqlərə  qoşulmur  umumi Azərbaycan uğurunda  öz  işlərmizlə  məşquluq. 

Bizim  bura  gəlməkdə  məqsədimiz  31  mart  azərbaycanlıların  soyqrmı  ilə  bağlıdır.  Hansı  ki,  100  il  bundan  əvvəl  Azərbaycanın  həm  qüzeyində,  həm də  güneyində  ermənilər  birləşərək  soyqrım  törətmişdirlər. Azərbaycanın  güneyində Xoy , Urmuyə, Köhnə  Şəhər  və  başqa  şəhərlərdə  soyqrım  törədiblər .  Bu  vaxta  qədər  Cənubi  Azərbaycanda  bu  haqda  cəmi  bir kitab  işıq  üzü  görüb, bu  soyqrım  haqqında  heç  bir  ətraflı  məlumat  verilməyib.

Biz  bu  qonaqlarla  “Quba  soyqrmı”  abidəsini  ziyarət  edərək   orada  ermənilərin  törətdiyi  vəhşiliyi  lentə  alaraq  Avropada  aparıcı  televizyalar  vaistəsi ilə  avropalılara  çatıracağıq.

Bu  konfransada  iştirak  edən  mənim  oğlum  Siyavuş Derəxti  və iştirak etməyən  Siyamək Derəxti Avropada  doğulub  yaşamalarına  baxmayaraq  ürəkləri  azərbaycanlılarla  döyünür. Bu  Siyavuşun   Azərbaycana  dördüncü  səfəridir, hər  gələndə  özü  ilə  İsveçdən  jurnalistlər, iş adamları  gətirərək  Azərbaycanla  tanış  edir  və  bu  bizim  üçün  çox  önəmli  gəzinti  olur,  çünki  hər  dəfə  bura  gəlib  gedəndə   xarici  vətandaş  öz  təəssüratını  öz  dostları ilə bölüşürlər. Siyavuş  bəyin məqsədi   2018-ci  ilin  oktyabr  ayında öz  hesabına  20  nəfər  tələbə  uşaqları  Azərbaycana   gətirməsi  və  onları  Azərbaycanın  tarixi,  görməli  yerləri  ilə  tanış  etməkdir.”  

Daha sonra çıxış edən Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev qeyd edib ki, Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən bir neçə təşkilat var: “Onlardan ikisi son illər Avropada fəallığı ilə seçilən Dünya Azərbaycanlıları Milli Birliyi və Dünya Azərbaycanlıları Assambleyası təşkilatlarıdır. Məlumdur ki, biz iki təşkilat birlik qərarı almışıq. Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq və ictimai təşkilat olaraq Almaniyada qeydiyyatdan keçmişik. 2016-cı ildən DAA bir çox layihələrə imza atıb. Ola bilər ki, baş verən hadisələrə bizim fərqli baxış bucağımız olsun. Amma bizim bir qırmızı xəttimiz var. O da Azərbaycan dövlətçiliyi xəttidir. Dövlətçiliyə qarşı yönəlmiş bütün hədələrin, etirazların qarşısından böyük bir sədd çəkəcəyik. Avropada müəyyən şəxslər var ki, Azərbaycan dövlətçiliyinin əleyhinə  fəaliyyət göstərir. Həmin insanların siyasi, ictimai təcrübəsi, savadı yoxdur. Araşdırdıqdan sonra bəlli olur ki, onların heç bir iş təcrübəsi yoxdur. Yalnız Avropada sosial müavinətlər alaraq ağızlarına nə gəldi yazırlar”.

DAA sədri əlavə edib ki, Birlik qurultayından sonra iki təşkilat bir ad altında birləşəcək: “Beləliklə, Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində çox ciddi addımlar atacağıq. Bundan başqa, ümidvarıq ki, prezident seçkiləri də Azərbaycanın inkişafında növbəti inkişaf mərhələsinin əsasını qoyacaq”.

Tədbir digər iştirakçıların çıxışı və müzakirələri əsasında davam etdirilib.

 Bilman İsaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png