ONN İnformasiya Agentliyi

DGK-da daha bir vəzifəli şəxs işdən çıxarıldı

DGK-da daha bir vəzifəli şəxs işdən çıxarıldı
17 Yanvar 2023 - 16:53

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fərid Əlibaba oğlu Əliyev işdən çıxıb.

Bu barədə ONN media-ya Komitədən bildirilib.

Onun yerinə hələlik təyinatın olmadığı qeyd olunur.

Qeyd edək ki, F.Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

O, əmək fəaliyyətinə 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb. 2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb.

F.Əliyev 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png