ONN İnformasiya Agentliyi

DYP bu yollarla bağlı sürücülərə müraciət etdi

DYP bu yollarla bağlı sürücülərə müraciət etdi
28 Fevral 2023 - 14:19

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.

ONN media xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında 1-3 martda Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Onun sözlərinə görə, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşurutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək:

“Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməyi əsasən Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermantov, Parlamen prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png