ONN İnformasiya Agentliyi

DYP-nin saxladığı maşının sürücüsü və sərnişini qaçdı

DYP-nin saxladığı maşının sürücüsü və sərnişini qaçdı
18 Noyabr 2019 - 18:20

BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü və sərnişini nəqliyyat vasitəsini tərk edərək qaçıb.

ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk ediblər.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan RPŞ-yə təhvil verilib.

Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.

Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png