ONN İnformasiya Agentliyi

Fazil Məmmədov infarkt keçirdi- VƏZİYYƏTİ AĞIRDIR

Fazil Məmmədov infarkt keçirdi- VƏZİYYƏTİ AĞIRDIR
05 Aprel 2018 - 18:26

Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub.

ONN media a24.az-a istinadən xəbər verir ki, sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun vəziyyəti barədə heç bir məlumat verilmir.

Mərkəzi Gömrük Hospitalından axar.az-a verilən açıqlamada bildirilib ki, Fazil Məmmədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png