ONN İnformasiya Agentliyi

Gədəbəydə “qazlı” qızıl qalmaqalı… – Jalə MÜTƏLLİMOVA yazır

Gədəbəydə “qazlı” qızıl qalmaqalı… – Jalə MÜTƏLLİMOVA yazır
21 İyun 2023 - 16:29

Hadisə oradan başladı ki, bir xeyli əvvəl Gədəbəydə, Söyüdlüdəki qalmaqallı həmin gölün yerləşdiyi kəndin iki sakininin Tik-tok-da videosu yayıldı. Hə, bu o şəbəkədir ki, hələ də çoxunuza orada görülən işlərin mahiyyəti çatmır. Və bu arada Türkiydə bu gün həmin şəbəkə üzərindən kibercinayətlər törədən şəxslərlə bağlı əməliyyat keçirilib. Yüzdən çox insan saxlanılıb. Saxlanılanlar arasında azərbaycanlı blogerlər də var. Odur ki, bilin və agah olun, Tik-tok, altyapının qurulması üçün ən mükəmməl sosial şəbəkədir.

O, gədəbəyli gənclərin video çıxışlarından bir neçə gün sonra “Azadlıq” radiosunda məhz həmin ərazidə “ekoterrora etiraz”dan bəhs edən material yayınlandı. Bundan bir neçə gün sonra isə Söyüdlüdə sakinlərlə Azərbaycan polisi TOQQUŞDU!.. Bu insident də bəlli dairələri maraqlandırmır. Onlara insidentdə lazım olan detal və polislə dövləti müdafiəsiz qoyan bircə element, nüans lazım idi. Bu bir polisin, bir yaşlı nənənin üzünə qaz balonu ilə zəhərləyici maddə püskürtməsi kadrı oldu. Diqqət etsəniz ondan başqa məhşur epizodl yoxdu yayınlarda. Məsələ bitdi. Dövləti və polisi müdafiə üçün zərrəcə yer qalmadı. Və bu olmaya bilərdə… Niyə oldu və ya bizdə nə çatışmır? Biz, məmurlu medialı, hələ də xalq dilində danışa bilmirik. Xatırladım ki, ölkə Prezidenti bu dili danışdı və Qarabağ ZƏFƏRİNİ əldə elədi.

Biz qabaqlayıcı nə edə bilərdik? Hələ Gədəbəyin yuxarıda qeyd etdiyim iki sakini deyəndə ki, onları aparıb təhqir ediblər. Bu polis idarəsində baş verib. Yerli icra orqanı da məsələdən xəbərdardır. Onda biz, ya kəndin ağsaqqallarını dəvət eləyib onlardan Gədəbəy kimi həssas bölgədə belə insidenti qabaqlamaq üçün kömək ala bilərdik. Ya da məmur olaraq lıqqasız tuflilərimizi çıxarıb, çarıq, geyinib gedib yatıb qalmalı idik həmən kənddə. Gecəbəgündüz. Üstəlik ölkənin ciddi media resurslarını da prosesdən xəbərdar etməli idik. Biz “kuliçavoy” məqamda müstəqil qərar verə bilmirik. Halbuki verməliyik. Həmişə təlimat gözləmək olmur.

Bəs onda nə baş verəcəkdi? Onda ən azından bəlli olacaqdı ki, məsələn, kənddə doğurdanda kimsə villa tikdirmək istəyir, yoxsa ikinci göl yaradılır və ya birinci göldə təmizlik bərpa işləri görülür?! Üstəlik həmindönəmdə əraziyə kimin gəlib, kimin getdiyini də biləcəkdir. Ən azından hazırlıqlı olmalı idi ki, qızıl mədəni olan kənd nə qədər inandırıcı görünməsə də düşmənlərin və istismarçıların, hətta xarici güclərin də mütləq diqqət mərkəzindədir. Ən əsası da gələnlərin hansı qapılara girib-çıxmasını dəqiqləşdirərdik. Onda aydın olardı ki, Gədəbəyi qızıl yartaqlı bu ucqar dağ kəndində adamlara o bər-bəzəkli plakatları kim, harada və necə hazırlatdırıb? Ən əsası niyə hazırlatdırıb? Üstəlik onu da bilərdik ki, hadisənin tən ortasında qızışdırıcı mövqe tutan müəmmalı media resurslarının orada olmasını kim təmin edib, məqsədi nədir?

Əgər bunları edə bilsəydik, onda polis dəbilqədə, zirehdə və əli qaz balonlu adamlarla qabaq-qənşər dayanmayacaqdı. Üstəlik, adamlar da polisi daşlamış olmazdı. O nənənin də gözünə qaz sıxılmazdı. Bu arada, nənə qədər o polis də yazıq olacaq, desəm buna inanın. Amma nəsə düzələcəkmi? İstəsək düzələr.. Bəs istəyirikmi? Hələ ki, yox! Odur ki, indilik bu situasiyanın qalibi DÜŞMƏNDİR! Çünki polis də, insanlsr da bir-birinə doğru davranmayıb.

Biz heç Kür çayındakı vəziyyəti, Araz qırağında, Naxçıvana yaxın, Azərbaycan sərhəddində zavod tikən erməni-amerikalı işbazlardan, İğdırda Medsamorun tüstüsündə boğulan Qərbi Azərbaycanlılardan, türklərdən də o qədər geniş danışa bilmirik.

Və bu arada “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına təklifim var. Onların əksəriyyətini şəxsən tanıyıram və bu tanışlığımız qarşılıqlıdır. Gədəbəydəki hadisəni müdafiə etdikləri qədər İğdırı zəhərləyən Medsamordan, Arazın yanında Amerika sərmayəsi ilə tikilər kimya zavodundan da danışıb, yazsınlar. Hətta imkan varsa desinlər ki, 1919-cu ildə Naxşıvanda canişinlik quran Amerika, Rusiyaya məğlub olduğu üçün Cənubi Qafqaza hegemon kimi girə bilmədi. İndi, Şərqi Zəngəzur dəhlizini nəzarətdə saxlamağa cəhd etdiyi üçün, gəlib Araz qırağında, Ermənistan ərazisində, həm də Naxçıvanla sərhəddə kimya zavodu tikib, tullantısını da Araza axıtmağı planlayır. Yəni mənim olmayan zəhərlənsin ki, ən azından lazım gələndə siyasi yaxşı “vura” bilim. Bax “Azadlıq” radiosunda, “Meydan TV”də, “Azad Söz”də bu performansı göstərə bilən “oğlu” kim olsa, ona bir saylı reportyor deyilsə də inanın az olacaq, amma olmayacaq, odur ki, özümüzə dönək…

Bəylər və xanımlar! Nə qədər ki, media siyasətimiz dəqiqləşməmiş olacaq, nə qədər ki, hamı layihə icra edib, para qazanma və daha çox gəzmə, əynində brendlər daşımaq haqda düşünəcək, nə qədər ki, bir-birimizin üstün yox, az sayda problemli tərəfləri barədə dosye hazırlayıb harasa təqdim etmək kimi naqisliyimiz olacaq, nə qədər ki, vəzifələr haqq edilən adamlar, zəhmətlə təhsil alıb yetişən milli kadrlara verilməyəcək, bizim başımıza hələ çox işlər gələcək. Acıdır, amma sevgidən doğan reallıqdır bu. Bu rallığı göztərən güzgüləri söndırmayın, lütfən, bu çıxış yolu olmayacaq çünki…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png